Cəmiyyət

Suriyadan 12 nəfər Azərbaycan vətəndaşı repatriasiya edilib

Noyabrın 24-də 12 nəfər Azərbaycan vətəndaşı Suriyanın Cerablus şəhərindəki düşərgədən repatriasiya edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Onlar Türkiyə ərazisinə gətiriliblər, orada Azərbaycan səfirliyi onlara Azərbaycana qayıtmaq üçün sənədlər verib.

Azərbaycan hökuməti həmin şəxslərin reabilitasiyası və reinteqrasiyası üçün lazımi tədbirləri görəcək, məlumatda bildirilir.

Məlumatda repatriantların yaşı və cinsi barədə bilgi verilmir. Həmçinin onların Suriyaya necə və nə zaman getdiyi açıqlanmır. Bundan öncə rəsmi orqanlar Suriya və İraqda müxtəlif hərbi birləşmələrin tərkibində döyüşmüş şəxslərin həyat yoldaşlarının və uşaqlarının Suriyada düşərgələrdə saxlandığını bildirmişdilər.

Bənzər yazılar

Back to top button