İdman

Salah “Liverpul”dan nə istədiyini açıqladı

“Liverpul”un hücumçusu Məhəmməd Salah gələcək planları barədə danışıb.

Fanat.az xəbər verir ki, misirli ulduz fikirlərini “MBC Masr TV”-yə bölüşüb:

“Məndən olsa, “Liverpul”la yeni müqavilə bağlamaq istəyərəm. Amma qərarı klub verməlidir. Gözləyirəm… Verəcəyim qərar yalnız pulla bağlı olmayacaq. Hədəflər, baş məşqçinin planları, almaq istədikləri futbolçuların kimliyi də şərtdir”.

Qeyd edək ki, Salah bu mövsüm İngiltərə Premyer Liqasında çıxdığı 15 oyunda 13 qol vurub. Onun “qırmızılar”la olan indiki müqaviləsinin müddəti 2023-cü ildə başa çatacaq.

Bənzər yazılar

Back to top button