Dünya

Mayk Conson Britaniyanın XİN başçısı ilə görüşdən imtina etdi

Amerika Konqresinin aşağı palatasının spikeri Mayk Conson Böyük Britaniya xarici işlər naziri Devid Kameronla görüşdən imtina edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın “Guardian” qəzeti yazıb.

Kameron Kiyevə əlavə yardımın göstərilməsi ilə bağlı danışıqlar aparmaq üçün ABŞ-a gəlib. O, ABŞ-ın Respublikaçılar Partiyasının Ukraynaya dəstəklə bağlı mövqeyini dəyişməyə inandırmağa çalışdığı keçmiş Amerika prezidenti Donald Trampla görüşüb.

Lakin Respublikaçılar arasında hakimiyyət mübarizəsi ilə qarşılaşdıqları üçün onun cəhdləri uğursuz olub. Xüsusilə, Nümayəndələr Palatasının spikeri respublikaçı Mayk Conson britaniyalı naziri görmək istəməyib.

Kameron həmçinin dövlət katibi Entoni Blinkenlə də görüşüb.

Bənzər yazılar

Back to top button