Dünya

Çavuşoğlunu özündən çıxaran sual: Yenə pul istəmək üçün gəldinizmi?

Prezident Rəcəb Tayyip Ərdoğanın Qətərə səfərinə hazırlıq üçün Türkiyənin xarici işlər naziri Mövlüt Çavuşoğlu Dohada həmkarı Şeyx Məhəmməd Abdulrəhman əl Sani ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında böyük bir dövlət adına utanc sayıla biləcək sualla qarşılaşıb.

Reuters-in ərəb müxbiri Mövlüt Çavuşoğlundan soruşub ki, “Yenə pul istəmək üçün gəldinizmi?”
Jurnalist Qətərin xarici işlər naziri Şeyx Məhəmməd Abdulrəhman əl Saniyə isə belə bir sual ünvanlayıb: “Qətər, Türkiyənin yaşadığı iqtisadi xaosa necə fayda verə bilər?”

Bu iki sual Çavuşoğlunu özündən çıxarıb və jurnalistə belə cavab verib ki, elə bir mənzərə çəkdiniz ki, sanki Türkiyə iqtisadiyyatı tamamilə çöküb.

İslam dünyasında çağdaş mədəniyyət üzərinə qurulmuş ilk cümhuriyyət olan Türkiyə Cümhuriyyətinin bədəvi ərəblərin çadır dövləti (İfadə ustad jurnalist Səbahhətin Önkibara məxsusdur) qarşısında bu vəziyyətə düşməsinin bütün məsuliyyəti Rəcəb Tayyip Ərdoğanın üzərinə düşür.

P.S. Dünyaca məşhur serb əsilli amerikalı iqtisadçı Branko Milanovic türk lirəsinin sürətlə dəyərdən düşməsi və yüksək infilyasiyanın Türkiyədə sosial partlayışa səbəb ola biləcəyi haqqında xəbərdarlıqla çıxış edib.

Xaqani Cəfərli, politoloq

Bənzər yazılar

Back to top button