GündəmİqtisadiyyatManşet

Kəmaləddin Heydərovun biznes imperiyası çökür: Bacısı qızının Londondakı şirkəti ləğv olunub (FOTOFAKT)

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacısı qızı Leyla Şahbazova bu ilin iyulunda Londonda təxminən 3 il əvvəl təsis etdiyi ROSE PEARL LTD şirkətinin fəaliyyətinə xitam verib.

AzToday.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat verib.

Onun sözlərinə görə, ötən il və daha sürətli templə bu il İngiltərədə Heydərovlara məxsus şirkətlərin bir-birinin ardınca bağlanması çox ehtimal ki, siyasi qərardır:

“Ən azından ona görə ki, bu proses Fövqəladə Hallar nazirinin oğullarına məxsus şirkətlərlə məhdudlaşmayıb. Kəmaləddin Heydərovun bacısı qızı Leyla Şahbazova da bu ilin iyulunda Londonda təxminən 3 il əvvəl təsis etdiyi ROSE PEARL LTD şirkətinin fəaliyyətinə xitam verib”.

Qeyd edək ki, Leyla Şahbazova keçmiş Vergilər Nazirliyinin İnsan resursları departamentinin sabiq baş direktoru Faiq Şahbazovun qızıdır.

Faiq Şahbazov

Bənzər yazılar

Back to top button