Hadisə

Düşmən Tərtərə 30-yə yaxın top mərmisi atdı

Oktyabrın 31-də Ermənistan silahlı qüvvələri Tərtər rayon ərazisini atəşə tutub.

AzToday.az bu barədə Report-a istinadən xəbər verir.

Səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alaraq ağır artilleriyadan istifadə edib.

Ermənilər rayon ərazisinə gün ərzində 30-a yaxın top mərmisi atıb.

Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Azərbaycan Odusu tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür.

Bənzər yazılar

Back to top button