Hadisə

Haqqındakı iddiaları cavablandırmayan “Kontakt Home” onlarla vətəndaşı məhkəməyə verdi – FOTO

Rəqəmsal və məişət texnikası, mebel və tekstil satışı üzrə ölkənin ən böyük mağazalar şəbəkəsindən biri olan “Kontakt Home” bu gün onlarla vətəndaşa qarşı məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com xəbər verir ki, “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi olan “ABC- Telecom” MMC tərəfindən müxtəlif rayon məhkəmələrində vətəndaşlara qarşı kredit müqaviləsi üzrə mübahisələrlə əlaqədar olaraq iddialar qaldırılıb.

Qeyd edək ki, bu gün təkcə Sabunçu Rayon Məhkəməsində “ABC- Telecom” MMC-nin iddiaları əsasında 20 iş icraata götürülüb və hakimlər təyin olunub.

Bundan başqa “ABC- Telecom” MMC tərəfindən Nəsimi, Qaradağ, Xaçmaz, Masallı və digər rayonlarda vətəndaşlara qarşı çoxsaylı məhkəmə iddiaları qaldırılıb.

Məlumat üçün bildirək ki, bir gün ərzində vətəndaşlara qarşı onlarla məhkəmə iddiası qaldıran “Kontakt Home”un özü barəsində səslənən iddialara bugünə kimi cavab verməyib. Belə ki, 15 noyabr 2021-ci il tarixində AzToday.az saytında “Kontakt Home” Çində istehsal olunan məhsulları niyə alman brendi kimi təqdim edir? – FAKTLAR başlıqlı yazı yayımlanıb. Həmin yazıda “Kontakt Home”un vətəndaşlara yalan məlumat verməsilə bağlı yer alan iddialara “ABC- Telecom” MMC bugünə kimi cavab verməyib.

Bənzər yazılar

Back to top button