İqtisadiyyatManşet

Məşhur iş adamı və ailə üzvləri Badamdarda 38 villa tikdirir – Faktlar

Ölkənin aparacı şirkətlərindən biri olan “Huner Group” MMC –nin (VÖEN – 1305322961) təsisçisi və qanuni təmsilçisi Ehtiram Quliyev və onun ailə üzvləri Səbail rayonu Badamdar qəsəbəsi Buta küçəsi 99 ünvanında 38 ədəd 3 mərtəbəli villaların tikintisinə icazə alıblar.

Ekonominfo.az-ın apardığı araşdırmaya görə, hər biri 3 mərtəbədən ibarət olacaq villalar 6, 7, 8 və 9 otaqlı olacaqlar. Villaların ən kiçiyinin sahəsi 478 kv. metr, ən böyüyünün sahəsi isə 729 kv. metr olacaq.
Villalardan 6-nın sifarişçisi Ehtiram Quliyevin özüdür. Daha 6 villanın sifarişçisi iş adamının 1949-cu il təvəllüdlü atası Tofiq Allhverən oğlu Quliyevdir.

Bunlardan başqa 38 villadan 7-nin sifarişçisi Ehtiram Quliyevin özündən 2 yaş böyük – 1975-ci il təvəllüdlü qardaşı Etibar Quliyev, 7-si isə özündən 2 yaş kiçik – 1979-cü il təvəllüdlü bacısı Elmira Quliyevadır.
Digər villalardan 5-inin sifarişçisi Firəngiz Qərib qızı Balakişiyevadır. Firəngiz Balakişiyeva “Huner Group” ilə eyni ünvanda – “Bakı Ağ Şəhər, Park rayonu, 1-ci Şərq küç.,5”də fəaliyyət göstərən “Nəfəs” İnsanlığa Dəstək İctimai Birliyinin sədridir.

Badamdar qəsəbəsi Buta küçəsi 99 ünvanında tikintisinə icazə alınan 38 villadan 7-nin sifarişçisi isə Sürəyya Bəşir qızı Alıyevadır.

Tikilməsi nəzərdə tutulan bu villalar barəsində “Huner Group” şirkətindən heç bir məlumat açıqlanmayıb. Şirkətin rəsmi saytında yerləşdirilən layihələr və planlar bölməsində də bu barədə heç bir məlumat mövcud deyil.

Onu da qeyd edək ki, Türkiyəli məşhur iş adamı və televizya aparıcısı Acun Ilıcalı bu yaxınlarda Bakıya səfər edib və həmin səfər zamanı “Huner Group” şirkətini də ziyarət edib. “Huner Group” şirkətinin təsisçisi Ehtiram Quliyev görüş zamanı Acun Ilıcalını çoxsaylı villalardan ibarət yaşayış sahəsinin maketi ilə tanış edib. Lakin, həmin yaşayış sahəsi barəsində bugünə kimi məlumat verilməyib.

Məlumat üçün onu da qeyd edək ki, Ehtiram Quliyevin sahibi olduğu “Huner Group” şirkəti əsasən tikinti sektorunda fəaliyyət göstərir. Ehtiram Quliyevin biznesinə Premium Medical Assistance və “Darçın” aptekləri də daxildir.
Onu da bildirək ki, iş adamının adı bu günlərdə mətbuatda Tovuz şəhər stadionunda işıqlandırma dirəyinin aşması hadisəsində hallanıb. Ev oyunlarını Tovuz şəhər stadionunda keçirən “Turan Tovuz” komandasının baş sponsoru “Huner Group” şirkətidir. Bildirilir ki, dekabr ayının 23-də baş tutat “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun 81-ci dəqiqəsində aşan işıqlandırma dirəyi təxminən 2-3 ay əvvəl “Huner Group” tərəfindən quraşdırılıb.

Badamdar qəsəbəsi Buta küçəsi 99 ünvanında tikilməsi nəzərdə tutulan 38 ədəd 3 mərtəbəli villaların siyahısı:

Bənzər yazılar

Back to top button