İdman

“Roma”nın ulduzu İstanbul nəhənginin hədəfində

“Roma”nın futbolçusu Paulo Dibala karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Fanat.az xəbər verir ki, informasiyanı “Hürriyet” yayıb.

Xəbərə görə, argentinalı hücumçu “Qalatasaray”ın diqqət mərkəzindədir.

“Transfermarkt” portalı 30 yaşlı forvardın transfer qiymətini 25 milyon avro ilə dəyərləndirir.

Qeyd edək ki, cari mövsüm “canavarlar”ın forması ilə bütün turnirlərdə 19 matça çıxan Paulo 6 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər yazılar

Back to top button