Siyasət

Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Moskvanı Yerevana təzyiq göstərməkdə ittiham edib

2020-ci ilin sentyabrından Ermənistan kömək üçün bir neçə dəfə Rusiyaya müraciət edib, amma dəstək görməyib. Bu barədə bazar ertəsi Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib. Bununla da o, Yerevan və Moskva arasında müttəfiqlik münasibətlərini sual altına qoyub.

O, RF XİN başçısı Sergey Lavrovun Yerevanın Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının üçtərəfli görüşündə iştirak etməkdən imtina etməsi ilə bağlı tənqidini qəbul etməyib. Onun sözlərinə görə, Yerevan Laçın dəhlizində vəziyyətin gərginliyi ilə əlaqədar Ermənistan XİN başçısının görüşə gələ bilməyəcəyi barədə RF XİN-ə əvvəlcədən məlumat verib. Amma Lavrov Yerevanı Moskvanın bunu KİV-lərin məlumatlarından öyrənməsində ittiham edib.

Qriqoryan həmçinin Rusiyanın bütün imkanlara malik olduğu halda Laçın dəhlizinin açılması məsələsini həll etməməsindən narazılığını bildirib.

Nəhayət, Qriqoryan açıq şəkildə bildirib ki, Ermənistana “böyük təzyiq” göstərilsə də, bu ölkə Rusiya-Belarus İttifaq Dövlətinə qoşulmağı planlaşdırmır.

Laçın dəhlizindəki vəziyyətə qayıdan Qriqoryan bildirib ki, Laçında “təzyiq” Ermənistandan Zəngəzur dəhlizi əldə etmək məqsədilə göstərilir. (Turan)

Bənzər yazılar

Back to top button