GündəmManşet

Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirildi

Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib.

Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir.

Bənzər yazılar

Back to top button