DünyaHadisə

ABŞ-ın “Green-card” fırıldağı

ABŞ-ın Vətəndaşlıq və Miqrasiya Xidməti olan “Green-card”ların uduşunda növbəti fırıldaqalar üzə çıxıb Bu barədə. infoAZ.org xarici mətbuata istinadən xəbər verir ki, mayın 1-də 2018-ci il üçün keçirilən lotereyalarda ölkələrində korrupsiyaya qurşanmış və kriminal yolla varlanmış əksər şəxslər qalib elan olunub. Statistik rəqəmlərə görə, 2018-ci il üçün “Green-card”lara sahib olanların 33 faizi milyonçulardı. Bu isə müəyyən şübhələrə yol açıb.

Bəzi ekspertlər isə hesab edir ki, “Green-card” lotereyası ABŞ-ın korrupsiya mexanizminin təkzibolunmaz subutudur və bu Dövlət Departamentində oturan yüksək çinli bir çox məmurlar üçün qazanc mənbəyidir. Hər il keçirilən “Green-card” lotereyalarının qalibləri araşdırılsa nəticə etibarı ilə son bir neçə ildə nüfuzlu kriminal aləmin nümayəndələrinin ABŞ-da yerləşməsini görmək olar. Əslində bu keçirilən lotereyada heç bir qaydalara riayyət olunmur. Yalnız müdaxilə etməklə belə nəticə alınır.

“Green-card”ların əsəs təyinatına gəlincə ABŞ-da təmsilçiliyi az olan xalqların nümayəndələrinin sayının artırılmasıdır. “Green-card”ların çoxu ABŞ məmurlarının göstərişi ilə verildiyindən isə hazırda bunun əksi baş verir.

Bənzər yazılar

Back to top button