Siyasət

Fransa Ermənistana hava hücumundan müdafiə sistemləri satacaq

Fransanın müdafiə naziri Sebastyan Lekornu “Le Parisien” qəzetinə bildirib ki, bazar ertəsi Parisdə Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdə hərbi təchizatla bağlı saziş imzalanacaq.

“Sabah biz Ermənistanın Fransadan müəyyən miqdarda silah almasını rəsmiləşdirəcəyik, xüsusən də Ermənistana öz səmasının qorunmasını təmin edəcək saziş imzalayacağıq”.

“Ermənistana mülki əhalisini qorumaq və sərhədlərinin mühafizəsini təmin etmək imkanı vermək çox vacibdir”.

Daha sonra Fransa naziri deyib ki, Parisin hərbi müdaxilə yolu ilə Ermənistanın ərazi bütövlüyünü qoruya biləcəyinə inanmır. Eyni zamanda, Lekornu bildirib ki, Fransa Ermənistanın müdafiə ehtiyaclarını öyrənir, “Azadlıq” radiosunun erməni xidməti xəbər verir. (Turan)

Bənzər yazılar

Back to top button