Dünya

ABŞ İranın əfsanəvi generalını öldürdü

İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Tehran generalın ölümünü təsdiqləyib.

Öz növbəsində, Pentaqon da general Suleymanini öldürdüyü xəbərini təsdiq edib. ABŞ ordusunun mətbuat xidmətinin cümə axşamı yaydığı açıqlamasında qeyd edilib ki, iranlı generalın ölümünə səbəb olan raket zərbəsi prezident Donald Trampın əmri ilə atılıb.

Qeyd edək ki, ABŞ Bağdadda beynəlxalq hava limanının yaxınlığına bir neçə hədəfə zərbə endirilib. Nəticədə azı 8 nəfər ölüb. Yüklərin olduğu əraziyə düşən üç raket iki nəqliyyat vasitəsinin partlamasına səbəb olub. Raketlərdən biri uçuş-eniş zolağına düşdüyündən, hava limanı bağlanıb.

Bənzər yazılar

Back to top button