İdman

Qurban Qurbanov: “Futbolçularımdan daha yaxşı oynamağı tələb etmişəm”

“Sabah ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq. Matça ciddi hazırlaşmışıq. Futbolçularımdan daha yaxşı oynamağı tələb etmişəm”.

“Report”un məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İsveçrədə “Bazel”ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə mətbuat konfransında deyib.

Qeyd edək ki, dekabrın 9-da gerçəkləşəcək “Bazel” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

Bənzər yazılar

Back to top button