İdman

Emil Balayev məşhur Avropa klubunda?

Qazaxıstanın “Tobol” klubundan ayrılaraq “Zirə”yə keçən Emil Balayev karyerasını Yunanıstanda davam etdirə bilər.

Qaynarinfo “Newspao.gr” saytına istinadən xəbər verir ki, qolkiper “Panatinaikos” klubuna namizədlər siyahısına daxil edilib.

Ondan başqa Cənubi Kiprin “Omoniya” klubundan Fabiano Ribeyro, Portuqaliya “Tondela”sından Kladio Ramos və Avstriya “Şturm”undan Yorq Zibenhandl da “Panatinaikos”da oynamağa namizədlər siyahısındadı.

Məlumatda bildirilir ki, “Panatinaikos” yayda azad agent statusuna malik olan və maaşı 200 min avrodan yuxarı olmayan qapıçı transfer edəcək.

Qeyd edək ki, “Panatinaikos” Yunanıstanın ən köklü klublarından biridi. 112 yaşlı klub tarixi ərzində 20 dəfə ölkə çempionluğunu, 18 dəfə ölkə kubokunu, qazanıb, 1970/71 mövsümündə Çempionlar Liqasında və klublararası dünya çempionatında final oynayıb.

Bənzər yazılar

Back to top button