ManşetSiyasət

İsrailli jurnalist-yazar: ”Azərbaycan-İsrail münasibətlərinin İranı narahat etməsi təbiidir”

Tanınmış İsrail jurnalisti Rafael Sadinin Turan agentliyinə müsahibəsi

“Yazmaqdan vaz keçməməliyik”

– Orta Şərq və Qafqaz bölgələrini çox yaxından izləyən bir analitik kimi son günlərdəki prosesləri necə qiyçətləndirirsiniz? Birləşmiş Ərəb Əmirlikləri ilə Türkiyə arasındakı münasibətllərin yaxşılaşmasını nəyə bağlayırsınız: gözlənilirdi, yoxsa Türkiyənin maddi problemləri bu məcburiyyəti yaratdı?

– Şübhəsiz,Birləşmiş Ərəb Əmirlikləri ilə Türkiyənin yaxınlaşmasında İsrailin oyun qurmasını görməzdən gəlmək səhv olardı.İbrahimi sazişlər nəticəsində körfəz və bir çox müsəlman ölkəsinin İsrail ilə yaxşı münasibətlərdə olmağın pis münasibətlərdə olmaqdan daha sərfəli olduğunu gördülər və buna inandılar. Siyasətin PUL ilə birbaşa münasibəti olduğunu həmişə demişəm. Neft erası son illərini yaşadığına görə avtomobil sənayesi də artıq batareyalı maşınlara keçməkdədir.Ərəblərin öz sərvətlərini artırmaları üçün güclü texnologiya ölkəsi halına gəlmiş İsrail ilə əməkdaşlıqdan başqa yollarının olmadığını başa düşmələri üçün illər keçsə də nəticədə iqtisadın tələb etdiyi yoa girdilər.Birləşmiş Ərəb Əmirlikləri ,İsrailin ən böyük texnika şirkətlərindən biri olan ELBİT RAFAEL QRUPU ilə (təəssüf ki,buradakı RAFAEL mən deyiləm) şərikli bir şirkət yaratdı və İsrailin istehsal etdiyi mallar təkcə BƏƏ tərəfindən İsrail ilə yaxın münasibətlər içində olmayan ölkələrə də satıla biləcək.Təbii ki İsrailin icazə verəcəyi qədər.Məsələn,İsrail ilə Türkiyə arasında hərbi sursat satışı 2011-ci ildə hörmətli Ahmet Davutoğlunun tək tərəfli qərarı ilə qadağan edilmişdir.İsrail də eyni məzmunlu qərar qəbul edib.İndi isə adını çəkdiyim şirkət vasitəsiylə İsrail malları Türkiyəyə də satıla biləcək.Bu müddətdə Türkiyə ilə İsrail arsındakı münasibətlər yaxşılaşıb əvvəlki səviyyəsinə qayıtsa aradakı vasitəçiyə də ehtiyac qalmaya bilər. Bu, bir az vaxt alacaq və keçmişdəki etimad atmosferinin yenidən yaranması üçün vaxta ehtiyac olacaqdır.

Uzun sözün qısası- Birləşmiş Ərəb Əmirlikləri ilə Türkiyə və hətta yaxın gələcəkdə Səudiyyə Ərəbistanı və hətta Misir ilə münasibətlərin normallaşmasında İsrailin oyun quruculuq rolunu görməmək səhv olardı.

– Başda Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri olmaqla İsrailin bu ölkələrlə müsbət münasibətləri nəzərə alınanda yeni prоseslər Türkiyə-İsrail münasibətlərində də qapının yenidən aralanmasına səbəb ola bilərmi?

– İlk sualnıza verdiyim cavabda bunu təfərrüatlı şəkildə izah etdim. Türkiyənin,BƏƏ,Səudiyyə Ərəbistanı və hətta Misir ilə münasibətlərinin yaxşılaşmasında,əlbəttə ki,İsrailin də öz mənafeyi var.Hörmətli Erdoğanın Kısıklıdakı evinin şəklini çəkən naşı MOSSAD agentlərinin həbs edilməsi və sonra buraxılmalarında necə al-verlər oldu, kim hansı öhdəlikləri götürdü? Bunları bilməsək də belə gözəl şeylərin olmasına görə hər iki “Allah bazar versin” – demək lazımdır.

– Qafqaz bölgəsində İsrailin ən yaxın müttəfiqi Azərbaycandır, bu, bir çox sahədə özünü göstərir. Sizcə, münasibətlərin bu günkü vəziyyəti qane edici deyilsə, hansı yollardan inkişşaf etdirilə bilər?

– Yaxşı münasibətlərin sərhədi yoxdur. Heç bir münasibət üçün “Bu qədər kifayətdir” – deməmək lazımdır. Səhv etmirəmsə,Azərbaycanın İsraildə yaşayan 150 min səfiri var. Azərbaycan mənşəli yəhudi Azərbaycanın səfiri sayılır.Və bunların İsraildəki Türkiyəlilər Birliyi ilə yaxın münasibəti var. Müntəzəm görüşdüyümüz kimi Xocalı qətliamı günündə tədbirlər keçiririk.Təbii ki,,iki ölkə arasındakıı münasibətləri əvvəlcə qarşılıqlı şəkildə səfirliklər açaraq daha gücləndirmək, daha sonra isə ticarət, turizmm, mədəniyyət sahələrində daha da inkişaf etdirmək lazımdır. Eurovision müsabiqəsində İsraili Azərbaycan mənşəli qızın təmsil etməsi çox sevindirici hadisə idi.Münasibətlərin inkişaf etdirilməsi lazımdır, dayanmaq olmaz.

– İsrail-Azərbaycan münasibətlərinin inkişafından ən çox narahatlıq hiss edən ölkə İsran İslam Cümhuriyyətidir. ECO-nun Aşqabadda keçirilən axırıncı zirvə iclasında da bunu bir daha gördük. İranı narahat edən cəhətlər hansılardır, narahatlığa səbəb olan durumlar həqiqətən varmı?

– İran ilə İsrail bir-birindən uzaq məsafədədir.Eyni şəkildə İsrail də İrandan uzaqda yerləşir.İsrailin Azərbaycan ilə dostluğu gələcəkdə İsrailin İran sərhədinə yaxınlaşması mənasını daşıyır. İsrail hərbi təyyarələrinin Azərbaycandan havaya qalxaraq İranı vurma ehtimalı Tehran rejimini narahat etməkdədir. Amma İranın Livana yerləşməsi,oraya hərbi sursat və ballistik raketlər gətirməsi də İsraili narahat etməkdəvə ona görə öz təyyarələriylə o ambarları səhər-axşam bombalayıb yerlə bir etməkdədir. İsrail heç vaxt “Bunu biz etdik” – deməsə də kimin etdiyi məlumdur. Bu hücumların qabağında İran heç nə edə bilmir, çünki müharibəyə girmək İrana da sərf etmir. Belə bir müharibənin məsrəfi həddindən artıq çox olar. İran dünyanın ən böyük terrorçu dövlətlərindən biri olmaqla yanaşı,eyni zamanda əhali ticarəti və maddi haqq-hesabı yaxşı bilirlər(yəhudilərdən sonra).Hal-hazırda onlar ucuz müharibə aparırlar,mərd-mərdanə savaşmaq yerinə vurub qaçmağa çalışırlar.İsrail isə bunu ən yaxşı öyrənmiş dövlətlərdən biridir.İsrail dövləti həm vurub geri çəkilməyi həm də lazım gələndə birbaşa müharibəyə girməyi bilən dövlətdir. İranlılar bunun fərqindədir. Yəni, İranın narahat olmağa əsası var, haqlıdırlar və bu narahatlığın davam etməsi hamımız üçün yaxşıdır.

– Ümumi şəkildə baxanda Orta Şərq və Qafqazın müsəlman ölkələrində medianın vəziyyəti onsuz da yaxşı olmadığı kimi mənzərə getdikcə daha da qaranlıqlaşır. Məsələn, media azadlığı sahəsində 183 ölkə arasında Azərbaycanın 168-ci yerdə olduğu göstərilir.Təcrübəli jurnalist-yazar kimi bu mənzərə ilə bağlı nədemək istərdiniz?

– Azərbaycan mediasını yaxından izləyə bilməmişəm-bu həqiqəti deməyim lazımdır, vəziyyətdən də tam xəbərdar deyiiləm.Ancaq dünya sıralamasından belə bir yerdə olmaq heç də xoş deyil. Daha yaxşı yerlərdə olmasını arzulayıram.Uzaqddan baxanda Azərbaycanakl mənzərə Türkiyədəki mənzərəyə çox bənzəyir. Çünki hər ikisi tək adam tərəfindən idarə edilməkdədir. Demokratiya adı altında sanki hər iki ölkədə də demokratik olmayan vəziyyət var. Qanunlarda `demokratiya` sözü var, ona görə gələcək üçün ümidi itirməmək lazımdır.Hörmətli Erdoğan və hörmətli Əliyev o kreslolarda demokratiyanın sayəsində otururlarsa, demək,demokratiyaya ehtiyacları var. Bir gün Azərbaycan mediasının da azad olacağına inanıram, təki yazmağı bacaranlar bu işdən vaz keçməsinlər. Yazarkən və tənqid edərkən heç kimi təhqir etməmək lazımdır. Çünki dillərimizdə təhqir etmədən yazmaq üçün kifayət qədər söz var.

Bənzər yazılar

Back to top button