Dünya

Ərdoğandan Abdullah Güllə bağlı açıqlama

Özbəkistana səfərə gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hava limanında jurnalistlərin suallarını cavablandırıb.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ərdoğan sabiq prezident Abdullah Gülün 24 iyunda keçiriləcək prezident seçkilərində iştirakı ilə bağlı suala cavab verib.

“Bu mövzu ilə əlaqədar heç bir fikir bildirməyəcəm. Cənab Gül artıq açıqlama verib. Seçki meydanı hamı üçündür. Hər siyasi partiya öz namizədini müəyyənləşdirir” deyə Ərdoğan bildirib.

Qeyd edək ki, son günlərdə Abdullah Gülün müxalifətin vahid namizədi olacağı barədə iddialar ortaya atılmışdı. Gül dünən açıqlama verərək razılıq əldə edilmədiyini, seçkilərdə iştirak etməyəcəyini açıqlayıb.

Bənzər yazılar

Back to top button