Dünya

BMT-nin Baş katibi Antonio Quterreşin Beynəlxalq İnsan Hüquqları Günü münasibəti ilə müraciəti

Dünyamız yolayrıcındadır.

COVID-19 pandemiyası, iqlim böhranı və rəqəmsal texnologiyanın həyatımızın bütün sahələrinə yayılması insan hüquqları üçün yeni təhlükələr yaradıb.

Təcrid olunma və ayrı-seçkilik geniş vüsət alıb.

İctimai fəaliyyət üçün imkanlar daralır.

Yoxsulluq və aclıq son onilliklər ərzində ilk dəfədir ki, artmaqdadır.

Milyonlarla uşaq təhsil hüququndan məhrum olur.

Bərabərsizlik dərinləşir.

Lakin biz fərqli yol seçə bilərik.

73 il əvvəl bu gün BMT-nin Baş Assambleyası Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul edib.

Bu sadə Bəyannamədə öz əksini tapan müddəalar hər kəs üçün bütün insan hüquqlarını, o cümlədən mülki, iqtisadi, mədəni, sosial və siyasi hüquqları ilə təmin etmək üçün əsas vasitə olaraq qalır.

Pandemiyadan bərpa prosesi insan hüquqları və azadlıqlara dair imkanları genişləndirmək, həmçinin inamı bərpa etmək üçün fürsət olmalıdır.

Qanunlar və təsisatların ədalətinə və qərəzsizliyinə inam.

Ləyaqətli bir həyatın əlçatan olmasına inam.

İnsanlara ədalətli məhkəmə araşdırması və şikayətlərinin dinc yolla həll olunmasına inam.

BMT bəşəriyyətin hər bir fərdinin hüquqları üçün mübarizə aparır.

Bu gün və hər gün biz hamı üçün ədalət, bərabərlik, ləyaqət və insan hüquqları uğrunda çalışmağa davam edəcəyik.

İnsan Hüquqları Gününüz mübarək.

Bənzər yazılar

Back to top button