Hadisə

Həbsdə olan jurnalist baş prokuror və ombudsmana müraciət edib

Xeberman.com və Press-az.com saytların təsisçisi və redaktoru, istintaq altında olan Polad Aslanov Azərbaycanın baş prokuroru Kamran Əliyev və ombudsman Səbinə Əliyevaya müraciət edib.

O, istintaq zamanı hüquqlarının pozulmasından danışır. Əsasən qeyd edir ki, 2019-cu il iyunun 12-də Naxçıvana gedərkən Biləvuvar sərhəd məntəqəsində ailəsi ilə birlikdə saxlanılıb.

DTX əməkdaşları saxlanmanın səbəbini ona izah etməyiblər. Vəkil Elçin Sadıqovla yalnız iyunun 14-də məhkəmədən bir saat əvvəl görüş veriblər.

Ötən gecə Aslanova videokamera qarşısında etirafedici ifadə verməyə məcbur ediblər, onu azyaşlı uşağına, həyat yoldaşına və anasına zərər yetirəcəkləri ilə hədələyiblər. Aslanovun sözlərinə görə, ona qarşı yeganə “sübut” məhz bu “etirafdır”.

Aslanov hesab edir ki, 11 aydır ki, əsassız olaraq DTX istintaq təcridxanasında saxlanılır. Bu müddətdə müxtəlif dövlət orqanlarına müraciət edib. İstintaqın qanunsuz hərəkətləri barədə şikayəti üzrə araşdırma keçmiş baş prokuror Zakir Qaralov və onun müavini Rüstəm Usubovun vaxtında bağlanıb.

Aslanov yazır ki, prokurorluq tərəfindən istintaqın aparılmasına təkid edib, çünki DTX bu işdə maraqlı tərəfdir.

Aslanov hesab edir ki, Ağır Cinayətlər Məhkəməsində onun işinə baxan Faiq Qəniyev qəzərlidir, çünki uzun illər MTN-nin istintaq şöbəsində çalışıb.

10 iclas ərzində məhkəmə müdafiə tərəfinin 30 vəsatətdən heç birini təmin etməyib.

Aslanovun işi üzrə proses karantin rejimi ilə əlaqədar dayandırılıb və iyunun 8-də bərpa olunacaq.

Bununla əlaqədar Aslanov baş prokuror və ombudsmandan xahiş edir ki, işə obyektiv baxılsın və ədalətli qərar çıxarılsın.

* Polad Aslanov 2019-cu il iyunun 12-də saxlanılıb və CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə 4 ay müddətinə həbs edilib. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır. Oktyabrın 5-də jurnalistin həbs müddəti daha 4 ay uzadılıb.

Dekabrda ona qarşı CM-in 134-cü maddəsi (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) ilə daha bir ittiham irəli sürülüb. Lakin həmin maddə üzrə zərərçəkən hesab olunan Dəyanət Babayev fevralın 10-da şikayətdən imtina edib. (Turan)

Bənzər yazılar

Back to top button