Siyasət

Dunya Miyatoviç: “Qarabağda vətəndaşların təhlükəsizliyi və hüquqları təmin edilməlidir”

“Qarabağ bölgəsi ətrafında hərbi eskalasiyanın bərpasına təəssüf edirəm, bu, dinc əhaliyə, xüsusən də həssas adamlara təsir edib” – bu gün Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç bildirib.

“Son illər yerli əhali bölgədəki silahlı hərəkətlərin nəticələrindən əziyyət çəkib. Belə ki, ötən ilin dekabrından adamlar təcrid olunmuş vəziyyətdə yaşayırlar, mühüm məhsul və xidmətlərə ciddi ehtiyac duyurlar. Mən onların təhlükəsizliyinin yenidən qorxu altında olmasından çox narahatam”, – o bildirib.

Mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün bölgədəki silahlı hərəkətlərin dayandırılması vacibdir. Humanitar yardım göstərənlər və zərərçəkmiş yerli əhalinin hüquqlarının qorunmasını təmin edənlər üçün müntəzəm və maneəsiz girişi təmin etmək vacibdir.

“Təcili olaraq barışığa doğru yolu və bütün adamlar üçün davamlı sülhü təmin etməkdən ötrü zərərçəkmiş əhalinin hüquqlarına tam hörmətə əsaslanan dialoqu bərpa etmək lazımdır.

Mən insan hüquqları ilə bağlı mövcud problemlərin aradan qaldırılmasına kömək etmək üçün bütün müvafiq həmsöhbətlərlə qarşılıqlı fəaliyyətə və bölgəyə getməyə sadiqliyimi və hazır olduğumu təsdiqləyirəm”, – Miyatoviç bəyanatda qeyd edib.(Turan)

Bənzər yazılar

Back to top button