Hadisə

Bakıda 100 minlik gecəqondu dükanlar bir gecədə səkidə necə tikilir və buna kimlər icazə verir?..

Son aylar Bakı şəhərində səkilərin, insanların gediş-gəliş yolunun üstündə bir gecədə göbələk kimi peyda olan ticarət obyektləri meydana çıxır. Həmin ticarət obyektlərinin qiyməti isə 10 min, bəzən isə 100 min arasında dəyişir. Gördüyünüz bu gecəqondu ticarət obyekti də Nizami rayonunun Bəhruz Nuriyen küçəsində bir gecə də inşa olunub. Şahidlərin dediyinə görə səkinin üstündə inşa olunan bu ticarət obyektinin inşası axşamm saat 11 rədələrində başlayıb və səhər saat 6-da yekunlaşıb. Bu ticarət obyekti təkcə səkidə deyil, həm də kommunikasiya xəttlərinin üstündə tikilib. Heç bir sənədi olmayan bu obyekt artıq bir neçə aydır ki, fəaliyyət göstərir və bu günə dükanın sahibinə də heş kim, “gözlərinin üstündə qaşın var” deməyib. Yəqin heç deyilməyəcək də. Niyə? Niyəsini bu dükanı səkinin üstündə bir gecədə tikməyə icazə verənlər bilirlər…

Obyektin sahibinə gəlincə, səki üstündəki gecəqondunun sabibinin Sadiq adlı şəxs olduğu bildirirlir. Sadiq uzun müddətdir ki, Bakı şəhər Ticarət və Xidmət Departamentində işləyir və icazəni də elə öz “boss”larından alması da heç kim də şübhə doğurmur.

Deyilənə görə Sadiq keçmiş mer Hacıbala Abutalıbovun uzaq qohumudur, Ordubad rayonundandır. O vaxtlar keçmiş başçı onu Bakıda çörəkpulu qazanmağa gətizdiribmiş. İndi həmin Sadiqin təkcə Nizami rayonu ərazisində 10 obyekti olduğu deyilir. Naxçıvanski 84-də, Bəhruz Nuriyev 10A-da, 8-km bazarının yanında bir böyük kafe, Rüstəm Rüstəmov 84-də binanın altı, Naxçıvanski 51-in yanında da bir obyekti var. Bu sadalananlar Bakı şəhər Ticarət və Xidmət Departamentinin sıravi bir işçisinə məxsusdur. İndi təsəvvür edin Bakı şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərinin nə qədər belə obyektləri var.

Nə isə, bunları qoyaq bir qırağa… Əsas məsələ odur ki, Bakı şəhər İcra Hakimiyyətinin sıradan bir işçisi olan Sadiq müəllimə az qala küçənin ortasında dükan tikməyə kim icazə verib və niyə əlaqədar qurumlar Nizami rayonunun Bəhruz Nuriyev küçəsində səkinin üstündə qanunsuz tikilini baxar kor kimi görmürlər? Bəs bu kimi hallardan Bakı Şəhər İxra Hakimiyyətinin başçısı Eldar Əziziovun xəbəri varmı? Yoxdusa bu necə olur? Axı hazırda Bakı şəhərində 10-15 kvadratmetrlik bir obyekt tikmək üçün Bakı şəhər İcra Hakimiyyətindəki müəyyən dəllallara nə az, nə də çox, 30-40 min manat vermək lazımdır. Olmasa heç kim nə inki səkidə, hətta öz evində belə bir daşın yerini dəyişə bilməz. Bəs səkidə tikilən ticarət obyektindən Eldar Əzizovun necə olur ki, xəbəri olmur?

Bu arada deyilənə görə Sadiq adlı şəxs də Bakı şəhər İcra Hakimiyyətindəki müəyyən dəllallarından biridir… (Relkika TV)


Bənzər yazılar

Back to top button