Hadisə

Kütləvi zəhərlənməyə görə dönərxananın fəaliyyəti dayandırılıb

Dekabrın 12-də “28 Mall” Ticarət Mərkəzinin yaxınlığında yerləşən “Dönər Market”də toyuq dönəri yemiş 8 nəfər zəhərlənib. Bu barədə Turan-a Daxili İşlər Nazirliyindən bildiriblər.

Məlumata görə, faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma davam edir: Ekspertizalar təyin olunub. Obyektin fəaliyyəti dayandırılıb.

Zəhərlənən 8 nəfər Tibbi Klinik Mərkəzə yerləşdirilib.

Müraciət edənlərin 1-i qadın, 7-si kişidir. Zəhərlənənlərdən birinin 16 yaşı olduğu üçün Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib

Bənzər yazılar

Back to top button