Dünya

Türkiyədə mədəndəki partlayışda ölənlərin sayı artır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartın vilayətində partlayış baş verən mədənə baş çəkəcək.

Yeniavaz.com xəbər verir ki, hadisə baş verəndən fasiləsiz olaraq axtarış-xilasetmə işləri davam etdirilib.

İndiyədək 58 işçi xilas edilib.

Səhiyyə naziri Fahrettin Kocanın məlumatına görə, partlayış nəticəsində həyatını itirənlərin sayı 28 nəfərə çatıb.

Oktyabrın 15-də Türkiyə vaxtı ilə saat 06:00-a olan məlumata görə, mədəndə daha 15 işçinin qaldığı ehtimal edilir.

Partlayış baş verəndə vaxt mədəndə 110 işçi olub ki, onların da 49-u riski bölgələrdə yerləşib.
Axtarış-xilasetmə işləri davam edir.

Partlayışla bağlı cinayət işi açılıb, tədqiqat aparılır.

Bənzər yazılar

Back to top button