Digər

Türkiyədə çörək növbələri: İstanbul meri kasıbları aclıqdan xilas etmək üçün hərəkətə keçdi (FOTO)

İstanbul Böyük Şəhər Bələdiyyə Başqanı Əkrəm İmamoğlu 2021-ci il üçün un alınması ilə bağlı tenderdə unun bir kisəsinin 127 TL olduğu halda, 2022-ci il üçün un alınması ilə bağlı elan olunmuş tenderdə təklif olunan unun bir kisəsinin 325 TL-yə yükəsldiyini bildirib. Unun qiymətinin kəskin bahalaşması türk lirəsinin kəskin şəkildə dəyərdən düşməsinin nəticəsidir. Türk lirəsinin kəskin şəkildə dəyərdən düşməsi isə prezident Rəcəb Tayyip Ərdoğanın yanlış maliyyə siyaəsti ilə bağlıdır.
Unun qiymətinin təxminən üç dəfə bahalaşmasına baxmayaraq Əkrəm İmamoğlu İstanbulluları ucuz və keyfiyyətli çörəklə təmin etmək üçün əllərindən gələni edəcəklərini vəd edib. İstanbul Böyük Şəhər Bələdiyyəsi özəl maazalarda 3.5 lirəyə satılan 220 qramlıq çörəyin, “Halk ekmək” mağazalarında 1.25 TL-yə satılmasını təşkil etməklə insanları aclıqdan xilas etməyə çalışır. Ucuz çörəyə təlabat isə hər ötən gün artır. İnsanlar soyuq havada saatlarla növbə gözləyirlər ki, ucuz çörək ala bilsinlər.
İstanbulda Əkrəm İmamoğlunun, Ankarada Mansur Yavaşın bütün fədakarlığına baxmayaraq Rəcəb Tayyip Ərdoğanın Türkiyəni düşürdüyü miskin vəziyyət hər ötən gün ağırlaşır. Ərdoğanın 19 illik hakimiyyətinin nəticəsində Türkiyə Rusiyadan idxal edilən taxıldan asılı düşüb. Əgər Rusiya hər hansı bir səbəblə Türkiyəyə taxıl ixracın bir neçə həftəlik dayandırsa, Türkiyədə aclıq yaranacaq.

Xaqani Cəfərli, politoloq

Bənzər yazılar

Back to top button