Mədəniyyət

Fədayə Laçından Tacir Şahmalıoğluna gözlənilməz cavab

Müğənni Fədayə Laçın keçmiş duet ortağı Tacir Şahmalıoğlunun açıqlamasına münasibət bildirib.

AzToday.az xəbər verir ki, Şahmalıoğlunun onunla yenidən duet oxumaq istəyinə Fədayə axsam.az vasitəsilə rədd cavabı verib:

“Məclislərdə insanlar istəsə, oxumaq olar. Amma onunla duet yazdırmaq kimi fikrim yoxdur”.

Qeyd edək ki, T.Şahmalıoğlu modern.az-a açıqlamasında bu barədə danışmışdı: “İndi təzə azadlığa çıxıb, bir az özünə gəlsin, inşallah ki, yeni duet oxumaq fikrim var. Düşünürəm ki, bu bizləri sevən dinləyiciləri və fanatları daha da sevindirəcək. Bununla da sübut edəcəyik ki, Tacir-Fədayə dueti hələ ölməyib”.

Bənzər yazılar

Back to top button