İdman

“Bu, təəccüblü və kədərli idi” – “Real”ın idman direktoru

“Real”ın direktoru Emilio Butrageno Çempionlar Liqasının 1/8 final mərhələsinin təkrar püşkatma mərasimindən narazılığını bildirib.

Qol.az xəbər verir ki, Madrid təmsilçisi ilk püşkatmada “Benfika” ilə düşmüşdü. Ancaq texniki səhvdən ikinci püşkatmada 1/8 finalda “Real”ın rəqibi PSJ olub.

Yeni püşklə bağlı Butraqeno bağlı deyib: “Bu, təəccüblü və kədərli idi. Bunu başa düşmək çox çətindir. Biz milyonlarla azarkeşin, eləcə də bütün idman dünyasının püşkatma mərasimini gözləyənlərini nəzərə almalıyıq.

Bu turnirin klubumuz və azarkeşlər üçün nə demək olduğunu anlayaraq PSJ ilə görüşü səbirsizliklə gözləyirik. Rəqiblərin gücünə və oyunçularının səviyyəsinə bələd olsaq da, iki möhtəşəm oyun keçirəcəyimizə əminik. 1/4 finala yüksələcəyimizə ümid edirik”.

Bənzər yazılar

Back to top button