Hadisə

Ermənilər Tərtəri atəşə tutur, 30-a yaxın mərmi atıldı

Oktyabrın 28-də Ermənistan silahlı qüvvələri Tərtər rayonunun ərazisini artilleriya atəşinə tutmaqda davam edir.

Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alır.

Ermənilər səhər saat 07:30-dan indiyədək Tərtərin kəndlərinə ümumilikdə 30-a yaxın top mərmisi atıb.

Xoşbəxtlikdən ölən və yaralanan yoxdur.

Bənzər yazılar

Back to top button