Hadisə

Mövlam Şıxəliyevin Novxanıda 5 qəsri və bir çox digər mülkləri

Hazırda mühakimə olunan MTN generalı, ləğv edilmiş bu nazirliyin istintaq Baş idarəsinin rəisi olmuş Mövlam Şıxəliyevin üzərinə həbs qoyulmamış və hüquq-mühafizə orqanları tərəfindən siyahıya alınmamış yeni çoxsaylı mülkləri aşkarlanıb.

AzToday.az virtualaz.org-a istinadən xəbər verir ki, mülkləri aşkarlayan və onlardan birini-Novxanıda yerləşən nəhəng qəsri jurnalistlərə nümayiş etdirən Şıxəliyevin və bandasının işi üzrə zərərçəkənlərdən biri Hüseyn Səfərovdur.

Hüseyn Səfərovun adı MTN-in Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi üzrə 32 zərərçəkən arasında yer alır. “Kapital Bank”ın keçmiş filial müdiri olan Səfərovu 2008-ci ildə 76 gün MTN-də saxlayıb təhdid edərək ailəsindən 2 milyon dollar alıblar.

“Bu imarəti Mövlam Şıxəliyev məndən, mənim kimi iş adamlardan cinayət yolu ilə alınan milyonlarla pulun hesabına tikib. Bura Novxanıdakı ”Aqua Park”ın bir addımlığıdır, dənizin sahilidir. Sual verirəm: haradandır Mövlam Şıxəliyevdə bu qədər pul? Onun Novxanıda 5 belə imarəti var! Bu qədər varı-dövləti cinayət yolu ilə əldə edib”, – H.Səfərov M.Şıxəliyevə məxsus olduğu iddia edilən nəhəng qəsrin qarşısında jurnalistlərə bildirib.

Zərərçəkən deyir ki, Bakı Hərbi Məhkəməsində onlara mülki iddialarını təqdim etməyə imkan verilmir. Mövlam Şıxəliyevin isə çoxsaylı əmlaklarının çox cüzi hissəsi siyahıya alınıb.

Mövlam Şıxəliyevin imarətinin qarşısında Hüseyn Səfərov MTN generalının digər çoxsaylı əmlaklarından da danışıb: “Araşdırma apararaq Mövlam Şıxəliyevin ölkə daxilində və xaricdə çoxsaylı əmlaklara sahib olduğunu öyrənmişəm. Gördüyünüz bu imarət 6 mərtəbədən ibarətdir. 2 mərtəbəsi yerin altında, 4 mərtəbəsi isə üstdədir. Əslinə qalsa, bu saray, malikanə mənim pulumun hesabına tikilib. Mövlam Şıxəliyev bu qədər mal-mülkü haradan alıb? Bu imarətin təkcə hasarına fikir verin. Görün bura nə qədər beton töküblər. 2 milyon pulu tək bu hasara xərcləyiblər. Hələ bu harasıdır? Təsəvvür edin ki, bizdən aldıqları pullar hesabına elə bu imarətdən bir az aralıda daha da böyük bir imarət tikdirib. Orada da vətəndaş nikahında olan başqa bir xanımı saxlayır. Novxanıda onun 5 belə imarəti var. Bu qədər qan-irin yemək olar? Bu adamın bizlərdən aldığı pullarla birgə mal-mülkünün dəyəri milyarddan yuxarıdır. Yüzlərlə sahibkarı məhv edib bu varidatı əldə edib. Bu barədə hesabat verməlidir. Hər ay onun obyektlərindən 2 milyon manata yaxın icarə və s. pullar yığılır. Bu adamın maşınlarının sayı-hesabı yoxdur. Ailələri bu gün də həmin şad-xürrəm həyat tərzini keçirirlər. Allah eləsin ömrünün qalan hissəsini həbsdə keçirsin. Biz sahibkarların ah-naləsi yerdə qalmasın”.

Zərərçəkən deyib ki, Mövlam Şıxəliyevin “Sahil” metrostansiyası üzərində inşa olunmuş binada 7 mənzili var: “Orada mənzilin 1 kvadrat metri 5-6 min manatdır. Bir mənzilin 1-2 milyon dəyəri var. Nizami rayonunda mebel şəbəkəsi mağazaları var. Həmin şəbəkəni bacısı oğlunun adına rəsmiləşdirib. Bunun malı-mülkü təkcə Azərbaycanda deyil. Mövlam Şıxəliyevin Türkiyədə 17 milyon dollarlıq mal-mülkü var. Məhkəmədə bu faktları sənədlərlə deyəcəyəm. Mövlam Şıxəliyevin Dubayda, “Palm Jumeyrah adaları” deyilən ərazidə də villaları var. Oradakı villalar oğlunun və qızının adınadır”.

Xatırladaq ki, istintaq M.Şıxəliyevə və ailə üzvlərinə məxsus olan, ümumi dəyəri cəmi 7 milyon dollara yaxın daşınmaz əmlaka həbs qoyub. Həmin əmlakın siyahısında Novxanıdakı malikanələr və H.Səfərovun açıqladığı digər mülklər, obyektlər yer almır. Şıxəliyevin üzərinə həbs qoyulmuş əmlakları bunlardır:

Mövlam Şıxəliyevin öz adına və ailə üzvlərinin adına olan , üzərinə məhkəmə qərarı ilə həbs qoyulan əmlaklar:

– Səbail rayonu, Nizami küçəsi, ev 78 ünvanında yerləşən qeyri-yaşayış sahəsi. Dəyəri 482 000 manat.

– Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 39 ünvanında yerləşən 198,1 kvadratmetr sahəsi olan daşınmaz əmlak. Dəyəri 770 609 manat.

– Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən 35 kvadratmetr sahəsi olan zirzəmi. Dəyəri 35 500 manat.

– Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 974 600 manat.

– Nəsimi rayonu, Nizami küçəsi, ev 78, mənzil 6 ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 214 000 manat.

– Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9/25, mənzil 63 ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 31 500 manat.

– Binəqədi rayonu, Goradil kəndi, 690A ünvanında yerləşən daşınmaz əmlakı. Dəyəri 39 528 manat.

Generalın həyat yoldaşı Aybəniz Şıxəliyevanın adına olan əmlaklar:

– Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7a ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 26 240 manat.

– Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kvadratmetr əmlak. Dəyəri 17 000 manat.

– Binəqədi rayonu, Novxanı kəndi, 686k ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 37 600 manat.

– Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 21 ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 400 000 manat.

– Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 134a ünvanında yerləşən 403,3 kvadratmetr sahəsi olan daşınmaz əmlak. Dəyəri 1 452 000 manat.

– Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 10 ünvanında yerləşən 137,7 kvadratmetr sahəsi olan daşınmaz əmlak. Dəyəri 535 653 manat.

– Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 40 ünvanında yerləşən 137,7 kvadratmetr sahəsi olan daşınmaz əmlak. Dəyəri 738 711 manat.

Qızı Samirə Əliyevanın adına olan əmlaklar:

– Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 72 ünvanında yerləşən 167,3 kvadratmetr sahəsi olan daşınmaz əmlak. Dəyəri 650 719 manat.

– Binəqədi rayonu, Novxanı kənd, 686 ünvanında yerləşən 214,3 kvadratmetr sahəsi olan daşınmaz əmlak. Dəyəri 257 172 manat.

– Binəqədi rayonu, Novxanı kəndi, 685V ünvanında yerləşən 1087,7 kvadratmetr sahəsi olan daşınmaz əmlak. Dəyəri 1 305 240 manat.

Oğlu Elgün Şıxəliyevin adına olan mülklər:

– Səbail rayonu, Nizami küçəsi, ev 96, mənzil 37 ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 360 000 manat.

– Səbail rayonu, prospekti ev 7 ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 714 985 manat.

Bənzər yazılar

Back to top button