İdman

Leonardo Zidanın PSJ-yə gəlməsinə qarşıdır

PSJ-nin sahibi, Qətər əmiri Təmim bin Həməd Əl Tani fransalı mütəxəssis Zinəddin Zidanla müntəzəm şəkildə danışıqlar aparır.

Qol.az xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb. Əl Tani Paris təmsilçisini 49 yaşlı məşqçinin çalışdırmasını istəyir.

Lakin xəbərdə o da qeyd olunub ki, PSJ-nin idman direktoru Leonardo Zidanla işləmək istəmir. Daha əvvəl Zidanın da Leonardo ilə bir araya gəlmək niyyətində olmadığı bildirilmişdi.

Qeyd edək ki, hazırda PSJ-nin baş məşqçisi Maurisio Poçettinodur.

Xatırladaq ki, Z.Zidanın son klubu “Real” olub.

Bənzər yazılar

Back to top button