ManşetSiyasət

Bayden ABŞ səfirlərinə insan hüquqlarını təşviq etməyi tapşırıb

Çərşənbə axşamı ABŞ prezidenti Co Bayden Ağ Evdə Ameriks səfirlərinin və baş konsullar üçün qəbul təşkil edib. Hazırda onlar Vaşinqtonda missiya rəhbərlərinin illik konfransına toplaşıblar, Turan-ın Vaşinqton müxbiri bildirib.

“Bu, bizim üçün bir araya gəlmək və gələcək işlərimizi müzakirə etmək üçün mühüm imkandır”, – dövlət katibi Entoni Blinken deyib.

Səfirlərin qarşısında çıxış edən Bayden Amerikanın bu gün nə etdiyi və öz işini nə qədər yaxşı yerinə yetirdiyi, “növbəti dörd və ya beş nəslin necə görünəcəyini müəyyən edəcəyi” haqda danışıb.

“Müharibədən sonrakı dövr başa çatdı. Biz faktiki olaraq bir-birimizlə münasibətlər baxımından tamamilə yeni beynəlxalq sistem qururuq”, – Bayden əlavə edib.

“Bizim dövrün ən böyük problemlərindən” danışan Bayden deyib ki, “Putinin Ukrayna xalqına qarşı apardığı amansız müharibəyə qarşı çıxacaq”.

ABŞ ukraynalıların müdafiəsinə kömək edir. “Çünki əgər biz bunu etməsəydik, təsəvvür edin, nələr baş verərdi. Bu barədə düşünün. Bu, zarafat deyil”, – Bayden səfirlərə deyib.

Bayden digər problemlər arasında Çin ilə rəqabətin “münaqişəyə çevrilməməsi” üçün idarə edilməsini, “iqlim dəyişikliyinin eksiztensial təhlükəsinin aradan qaldırılmasını”, növbəti pandemiyaya daha yaxşı hazırlaşmaq üçün “qlobal sağlamlığa” investisiya qoyuluşunu qeyd edib. “Daha bir pandemiya olacaq”, – o əlavə edib.

Bayden demokratiyadan da danışıb, “azad yaşaya bilməmiz üçün” səfirlərə insan hüquqlarının təşviq edilməsini tapşırıb.

Bənzər yazılar

Back to top button