ManşetSiyasət

Alqış Həsənoğlu YAP rəhbərliyini saya salmır

“Yeni Azərbaycan” qəzeti başqa hakimiyyətyönlü qəzetlərdən fərqli olaraq hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyinin Heydər Əliyevin anım tədbirində iştirak etməsini işıqlandırmayıb.

AzToday.az xəbər verir ki, “Səs” və “İki Sahil” qəzetlərinin bu günkü(14 dekabr) sayında partiyanın İdarə Heyətinin üzvləri və deputatların Fəxri Xiyabanı ziyarət etməsi barədə informasiyalar dərc olunsa da, uzun fasilədən sonra yenidən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsinə qayıdan Alqış Həsənoğlu bu xəbərlərə ehtiyac hiss etməyib. Həmçinin, Yeni Azərbaycan Partiyasının Sədr müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun mərhum Prezidentlə bağlı açıqlaması da qəzetdə dərc olunmayıb.

Partiyanın rəsmi mətbuat orqanı olan “Yeni Azərbaycan” qəzeti bu tip xəbərləri indiyənə kimi həmişə işıqlandırırdı. Alqış Həsənoğlu isə vəzifəsinə qayıdandan sonra partiyanın emblemini belə qəzet səhifələrindən yığışdırıb. Bütün bunlar isə Alqış Həsənoğlunun partiya rəhbərliyini saya salmadığını göstərir.

Etibarlı mənbələrdən aldığımız məlumata görə, Alqış Həsənoğlunun vəzifəsinə qaytarılması təşəbbüsü Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik şöbəsinin müdiri Ədalət Vəliyevdən gəlib. Görünür, bu səbəbdən baş redaktor partiyanın idarə heyətini saya salmır.

Qeyd edək ki, Ədalət Vəliyevlə Alqış Həsənoğlu həm yerli, həm də qohumdurlar.

Bənzər yazılar

Back to top button