Hadisə

Bakı limanında fövqəladə hallar qüvvələrinin miqyaslı təlimləri

Bakı limanının ərazisində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iştirakı ilə “Bakı 2023” beynəlxalq təlim keçirilib.

Təlimə 8 helikopter və 1 ədəd amfibiya təyyarə, 245 xüsusi təyinatlı texnika, 6 baş xüsusi təlim görmüş it və 1180 nəfərdən ibarət canlı qüvvə cəlb edilib, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının məlumatında deyilir.

Təlimdə Azərbaycan Fövqəladə Hallar Nazirliyi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının canlı qüvvə və texnikası ilə yanaşı, Azərbaycan Daxili İşlər Nazirliyi, Azərbaycan Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi, Azərbaycan Dəmir Yollarının da qüvvələri iştirak ediblər.

Bənzər yazılar

Back to top button