Dünya

Ermənistan prezidenti müxalifəti dialoqa çağırıb

Ermənistan prezidenti Armen Sarkisyan Yerevandakı etiraz aksiyalarını şərh edərkən tərəfləri dialoqa çağırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Armen Sarkisyan ölkədə təcili həllini tələb edən xeyli sosial-iqtisadi problemlərin olduğunu bildirib: “Dialoq, dözümlülük və biri-birini dinləmək bacarığı yaranmış vəziyyətdən yeganə çıxış yoludur”.

A.Sarkisyan qeyd edib ki, əksəriyyətinin gənclər təşkil etdiyi minlərlə etirazçı son günlər mitinq və aksiya keçirməklə hakimiyyətə tələblər irəli sürürlər: “Gənclər bizim sabahımızdır, gələcəyin hərbçisi, alimi və mühəndisi, siyasi xadimi və məmurlarıdır. Onların fikrinə hörmətlə yanaşmaq gərəkdir”.

Bənzər yazılar

Back to top button