İdman

“Parisdə çox xoşbəxtik” – Messi

“Komandamızın məqsədi Çempionlar Liqasını qazanmaqdır. Bu, bizim üçün xüsusi turnirdir”.

Qol.az xəbər verir ki, bu sözləri “Marca”ya açıqlamasında PSJ-nin futbolçusu Lionel Messi deyib.

Argentinalı hücumçu “Barselona”dan PSJ-yə keçdikdən sonra yeni mühitdə bir qədər çətinlik çəkdiyini və artıq işlərin yolunda olduğunu bildirib: “Başqa ölkəyə köçmək mənim və ailəm üçün qeyri-adi və çətin proses idi. Bundan əvvəl bütün ömrümüzü eyni şəhərdə keçirmişik. Ölkənin dəyişməsi çətin idi, amma indi dünyanın ən yaxşı komandalarından birində çıxış etdiyimdən Parisdə özümüzü yaxşı hiss edirik. Biz çox xoşbəxtik”.

Qeyd edək ki, PSJ ÇL-in 1/8 finalında “Real”a rəqib olub.

Bənzər yazılar

Back to top button