Hadisə

Lənkəran şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşovun “böyük bazar”dan xəbəri varmı?

Xan Lənkəranda üstü açıq “böyük bazar”

AzToday.az 7GÜN.az istinadən xəbər verir ki, Lənkəran şəhərinin “böyük bazar” adlanan, əslində isə yol üzərində bərqərar olmuş bazarında nə istəsən tapmaq olar. Bu bazarda satılan ət və quşların yolxucu xəstəliklərin daşıyıcısı olmasına da şəkk- şübhə yeri qalmır. Vedrə və ləyənlərdə çirkli sularda çırpınan kiçik balıqlardan savayı, çirkaba bulanmış iri kürülü balıqlar da diqqəti cəlb edir. Küçədə, açıq havada şaqqalanmış mal əti sanitariya qaydalarına məhəl qoyulmadan satılır. Təki pul çıxsın, qazanc olsun. Göy- göyərti satanların səsindən qulaq tutulur. Bahalıq öz yerində. Bura üstü açıq bazardır. Yol boyu sıralanmış xırdavat alverçilərinin hamısından yer pulu alınır.Yol həm də nəqliyyat vasitələrinin gediş- gəlişini təmin edir. Avtomobillərin siqnal səsləri, adamların hay- küyünə qarışır. Lakin şəhər rəhbərliyindən kimsənin qulaqları eşitmir. Bazarın müdürü el dili ilə desək “bazarkomu” Kənan adlı şəxs ərazinin “kralı” sayılır. Hesab- kitabı bilinməyən bazardan yığılan yer pullarının vergisi ödənilirmi? Bazar küçə ticarətindən nə vaxt xilas olacaq? Lənkəran şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşovun “böyük bazar”dan xəbəri varmı?

Məsələ ilə bağlı Lənkəran şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayevlə əlaqa saxladıq. Möhübbət müəllim suallarmıza cavab olaraq bildirdi:

“bizim onlara qarışacaq heç nəyimiz yoxdur, məsələ bizlik deyil, bazarın rəhbərliyi ilə əlaqə saxlayın.”

Biz də bazarın rəhbəri “bazarkom” Kənan bəy ilə əlaqə saxladıq. “Bazarkom Kənan ” nə bilirsiniz gedin yazın, indiyə qədər yazan çox olub, siz də yazın, bizim arxamızda Taleh Qaraşov dayanıb.”

Biz yenə də qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mövzu ilə bağlı ciddi araşdırmalar aparılır.

Xan Lənkəran bazarı zibil içində üzür

Ətraflı linkdə videonu izləyin


Bənzər yazılar

Back to top button