İqtisadiyyatManşet

Hər adama neçə dollar? (Azərbaycan və yaxın ölkələr)

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2021-ci il dekabrın 1-nə Azərbaycanda əhalinin hər nəfərinə 8055,3 manat ümumi daxili məhsul (ÜDM) düşüb. Bu, 4738,4 ABŞ dolları deməkdir.

2020-ci ilə aid beynəlxalq statistikada Azərbaycanda adambaşına ÜDM 5073 dollar göstərilib.

Novator.az bildirir ki, keçmiş Sovet İttifaqı məkanında Estoniya birinci olub: 19736 dollar.

2020-ci ildə Litvada adambaşına 17033 dollar, Latviyada 15488 dollar, Rusiyada 11787 dollar, Qazaxıstanda 10964 dollar ÜDM qeydə alınıb.

Qalan ölkələr ÜDM-in adambaşına həcmi baxımından belə sıralanır:

Türkmənistan – 7693 dollar

Belarus – 6222 dollar

Gürcüstan – 4487 dollar

Ermənistan – 4012 dollar

Moldova – 3250 dollar

Ukrayna – 3116 dollar

Özbəkistan – 3005 dollar

Tacikistan – 1199 dollar

Qırğızıstan – 1098 dollar.

Bənzər yazılar

Back to top button