GündəmManşetSiyasət

Əliyevin daha bir uğuru: Avropa da Minsk Qrupu formulasından imtina etdi

Məlum olduğu kimi, ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra rəsmi Bakının prinsipial mövqeyi birinci müharibə başa çatdıqdan sonra Qarabağ nizamlanması üçün yaradılmış ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini tamamilə rədd etməkdir. İrəvan və Vaşinqtonun mövqelərindən fərqli olaraq, Brüssel Azərbaycan hökumətinin ədalətli gözləntilərini dəstəkləyib.

Aİ prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan liderləri arasında danışıqların yekunu üzrə dünənki bəyanatında ATƏT-in Minsk qrupunun missiyası və fəaliyyəti qeyd olunmayıb ki, bu da prezident İlham Əliyevin siyasi məqsədlərinə tam uyğundur.

Azərbaycan lideri Minsk Qrupunun bir rolunu – Azərbaycan və Ermənistan cəmiyyətləri arasında dinc asayişin, etimadın bərpasında, iki ölkənin və iki xalqın tam barışması üçün fəaliyyətlərin həyata keçirilməsində humanitar missiya və vasitəçilik rolunu nəzərdə tutur. Minsk qrupunun hər hansı digər fəaliyyəti Moskva sazişinə və Rusiyanın vasitəçiliyi ilə aparılan sülh prosesinə ziddir. İlham Əliyev və Vladimir Putin Qarabağ probleminin tam başa çatdığını və Azərbaycan Respublikasının ərazi bütövlüyü əsasında həllini elan ediblər.

Virtualaz.org

Bənzər yazılar

Back to top button