Digər

Ermənistan – Türkiyə matçında terror şüarı

Şənbə günü İrəvanda Ermənistan və Türkiyə milli komandaları arasında 2024-cü il futbol üzrə Avropa çempionatının seçmə oyunu Türkiyə komandasının xeyrinə 2:1 hesabı ilə başa çatıb.

Qarşılaşma zamanı tribunalarda olan erməni azarkeşlər qondarma DGR-ın bayraqları və bir neçə millətçi şüarlar qaldırıblar. Xüsusilə onların arasında NEMEZİS şüarı da var idi.

Bu, 20-ci əsrin əvvəllərində onlarla Türkiyə və Azərbaycan dövlət xadiminin öldürüldüyü bir sıra terror aktları əməliyyatının adıdır.

Əməliyyat Daşnaksütyun partiyası tərəfindən hazırlanıb və onun Türkiyə, Tiflis və Avropanın müxtəlif şəhərlərində Daşnak silahlıları tərəfindən həyata keçirilib. Bu hücumların qurbanları Gənc Türklər və Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üzvləri olub.

Bu cür şüarlardan və tanınmamış dövlətlərin atributlarından istifadə FİFA qaydaları ilə qadağandır və buna müvafiq qiymət verilməlidir.

Bənzər yazılar

Back to top button