İdman

Dibala türk futbolçuya verdiyi hərbi salamdan danışdı – (FOTO)

“Yuventus”un ulduz oyunçusu Paulo Dibala Çempionlar Liqasında “Atletiko” Madridə vurduğu qoldan sonra Merih Demirala hərbi salam verməsinin səbəbini izah edib.

Fanat.Az xəbər verir ki, Dibala bu haqda öz “Twitter” hesabında yazıb. Ulduz futbolçu bunları qeyd edib:

“Əvvəlcə əlimi çənəmə qoymağım qız dostum üçündü. Bunu bir filmdə görmüşdük, sevgi işarəsidi. Demirala gəlincə, o çox məzəli adamdır və bu işarə də paltardəyişmə otağında aramızda bir zarafatdır. Xüsusi bir mesaj yoxdur”.

Xatırladaq ki, Çempionlar Liqasının V turunda “Yuventus”un “Atletiko”nu 1:0 hesabıyla yendiyi oyunda yeganə qolu 45+2-ci dəqiqədə Paulo Dibala vurub. Argentinalı hücumçu ehtiyat oyunçular skamyasında əyləşən türk komanda yoldaşı Merih Demirala əsgər salamı verməklə qolu qeyd edib.

Bənzər yazılar

Back to top button