ManşetSiyasət

Paşinyan Azərbaycanla sonuncu razılaşmadan danışdı: “Bölgənin siması dəyişəcək”

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu layihəsindən danışıb.

Qaynarinfo xəbər verir ki, baş nazir layihənin çox vacib olduğunu bildirib. Onun sözlərinə görə, yaxın gələcəkdə diqqəti bu məsələnin həllinə yönəltmək lazımdır:

“Azərbaycanla razılaşmanı qiymətləndirməmək mümkün deyil. Bu, mühüm razılıqdır və ümid edirəm ki, biz onu dəqiqliklə gerçəkləşdirəcəyik. Bu, bölgədə iqtisadi, siyasi, eləcə də təhlükəsizlik mühitini dəyişəcək vacib layihədir”.

Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli gündəlikdəki məsələlər üzrə təmasların davam etdirilməsi barədə razılıq əldə olunduğunu da vurğulayıb.

Bənzər yazılar

Back to top button