Hadisə

Eldar Əzizovun seçimi – Ramsin Abdullayev Rafael Mehrəliyevin yerinə gətirilir…

Bakı meri Eldar Əzizovun Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə bağlı yeni seçimi də korrupsiyaya bulaşmış şəxs üzərində fokuslanıb…

Bakı Şəhər İcra Hakimiyyətində növbəti kadr təyinatı həyata keçirilib. “Replika TV-yə daxil olan məlumata görə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil – Kommunal Departamentinin Kommunal Xidmətlər Müəssisəsinin direktoru vəzifəsinə Nizami Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Ramsin Abdullayev təyin edilib. Sözgedən təyinatla bağlı hələki Bakı Şəhər İcra Hakimiyyəti açıqlama yaymasada, Ramsin Abdullayevin artıq Kommunal Xidmətlər Müəssisəsinin direktoru vəzifəsini icra etdiyi bildirilir.

Replika TV qeyd edir ki, yayılan digər məlumatlara görə Ramsin Abdullayev yaxın aylarda daha böyük vəzifəyə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti direktoru vəzifəsinə təyinat alacaq. Belə ki, Eldar Əzizovun uzun müddətdir Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti direktoru vəzifəsində işləyən qalmaqallı məmur və eyni zamanda iş adamı kimi də tanınan Rafael Mehrəliyevlə yollarını ayırmaq qərarına gəldiyi qeyd edilir.

Xatırladaq ki, Ramsin Abdullayev Nizami Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi rəisi vəzifəsində işləyərkən mətbuatda haqqında çoxsaylı şikayətlər və məlumatlar yayılıb. Həmin məlumatlarda bildirilir ki, Ramsin Abdullayev keçmiş icra başçısı, vəzifəsindən qovulan Arif Qasımovla əlbir olaraq Nizami rayonunda torpaq sahələri satmaqla bərabər, həmd ə yaşayış binalarının zirzəmilərini qanunsuz özəlləşdirərək müxtəlif sahibkarlara satmaqla məşğul olub.

Maraqlıdır ki, Eldar Əzizovun Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə bağlı yeni seçimi də korrupsiyaya bulaşmış şəxs üzərində fokuslanıb. Bəlkə Eldar Əziziovun seçim imkanları məhdudur. Çünki sistemdə korrupsiyaya bulaşmamış kadr tapmaq problemi də var. Ancaq niyə Eldar Əzizov pislərin içindən ən pisini seçir? Bu sualın cavabını da hamıdan yaxşı yəqin ki, özü bilir… (AzFakt.com)

Bənzər yazılar

Back to top button