İqtisadiyyat

Nazir onu sədr əvəzi təyin etdi

Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişaf Fondu İdarə Heyyyətinin sədri Kənan Nəcəfov bu ilin 11 avqustunda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə SOCAR-ın vitse-prezidenti vəzifəsinə təyin olunub.

Qaynarinfo-ya daxil olan məlumata görə, İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Sahibkarlığın İnkişaf Fondu İdarə Heyyyətinin sədri vəzifəsi müvəqqəti olaraq Osman Xalıyevə həvalə edilib.

Osman Xalıyev həmçinin İdarə Heyəti sədrinin müavini təyin olunub.

Qeyd edək ki, Osman Xalıyev 2019-cu ilə Kənan Nəcəfovun icraçı direktor olduğu “Yeni Kapital” şirkətində məsləhətçi vəzifəsini daşıyıb. Daha əvvəl Osman Xalıyev Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestr xidmətində çalışıb.

Bənzər yazılar

Back to top button