Dünya

Tramp: “Senat tezliklə Pompeonun dövlət katibi vəzifəsinə namizədliyini dəstəkləməlidir”

ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların Senatı tezliklə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Mayk Pompeonun dövlət katibi vəzifəsinə namizədliyini dəstəkləməlidir.

“Report” “RT”ə istinadən bildirir ki, bu barədə Amerika lideri “Twitter”də yazıb.

“Mayk Pompeo görkəmli şəxsdir. O, Vest-Poyntda (elitar hərbi akademiya – red) öz sinfində birinci olub. Hardvard Universitetinin Hüquq fakültəsinin ən yaxşı tələbələrindən biri olub.

O, nələrin uğrunda çalışıbsa, bir çox müvəffəqiyyətlərə nail olub. Senat tezliklə Maykın namizədliyini dəstəkləməlidir. O, əla dövlət katibi olacaq”, – deyə Tramp yazıb.

Qeyd edək ki, Amerika lideri martın 13-də Pompeonun Dövlət Departamentinin rəhbəri vəzifəsində Reks Tillersonu əvəz edəcəyini xəbər verib. Hazırda bu vəzifəni müvəqqəti olaraq xarici siyasət idarəsi rəhbərinin birinci müavini Con Sallivan icra edir.

Bənzər yazılar

Back to top button