Hadisə

GDU “Kontakthome”-a və digər ticarət obyektlərinə hansı əsaslarla enerji satır?

“KontaktHOME” adı altında fəaliyyət göstərən mağazalar şəbəkəsinin Gəncə filialı Gəncə Dövlət Universitetinin hesabına elektrik enerjisi ilə təmin olunub.

Bu barədə Demokratik.az-a danışan mənbənin sözlərinə görə, söhbət GDU-nun Bayraq Meydanı yaxınlığındakı II tədris korpusuna aid transformatordan Kontakthome-nin yaxınlıqda yerləşən ikimərtəbəli obyektinə işığın verilməsindən gedir.

Mənbənin bildirdiyinə görə, ticarət obyekti tədris ocağından qeyri-qanuni əsaslarla elektrik enerjisi əldə edir, hansı ki, həmin ərazidə obyektin fərdi şəkildə qeyri-əhali kodu altında işıqlandırılması mümkündür. Lakin, GDU rəhbərliyi maddi maraqları müqabilində belə bir özbaşınalığa imza atıb.
İddiaya görə, ərazidə digər fərdi ticarət obyektləri də GDU-dan işıq alır…

Onu da bildirək ki, sözügedən obyekt GDU-nun sözügedən tədris korpusunun qarşısındakı səkini zəbt edilməklə inşa edilib…

Bənzər yazılar

Back to top button