Siyasət

ABŞ Dövlət Departamenti: Bakı müxalifətlə mübarizə üçün terrorizmlə bağlı ittihamlardan istifadə edir

Azərbaycan “terror cəhdlərinin, həmçinin öz quru və dəniz sərhədlərilə pul və materialların keçiriməsinin aşkar edilməsi və qarşısının alınması” üzrə fəal işə görə ABŞ Dövlət Departamentinin terrorizmə qarşı mübarizəyə dair illik milli hesabatlarında hələ də təriflənən ölkələr sırasındadır.

Lakin artıq ikinci dəfədir ki, hesabatlarda hakimiyyətin siyasi opponentləri və dini fəalları terrorçular kimi təqdim etmək və yaxud onların hərəkətlərini “terrorizm” və ya “ekstremizm” kimi tövsif etmək cəhdlərindən danışılır, – TURAN-ın Vaşinqton müxbiri bildirir.

Cümə axşamı dərc olunan 2020-ci il üçün terrorizmə qarşı mübarizə haqqında hesabatda qeyd olunur ki, ötən il Azərbaycanda “terror aktları barədə məlumat verilməyib”.

Hüquq-mühafizə və təhlükəsizlik orqanları terror hücumlarının qarşısının alınması və aradan qaldırılması üzrə əməliyyatlar aparıb, terrorizmdə şübhəli bilinən şəxsləri həbs və təqib edib, habelə Azərbaycandan kənarda terror qruplarına bağlılıqda və ya onların maliyyələşdirilməsində şübhəli bilinən azərbaycanıları xaricdən gələrkən təqib ediblər.

Bununla yanaşı, hüquq-mühafizə orqanları bu və ya digər hərəkətləri özbaşına “terrorizm” və ya “ekstremizm” kimi tövsif edirlər edirlər ki, bu da siyasi opponentləri və dini fəalları məhkəmə təqibi, həbs və amansız rəftarın obyektləri edir”.

“Belə adamlar Daxili İşlər Nazirliyinin mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsi tərəfindən fiziki fiziki zorakılığa xüsusilə həssasdırlar”, – müəlliflər qeyd edirlər və insan hüquqlarına əməl olunması və dini azadlıq haqda Dövlət Departamentinin hesabatlarına stinad edirlər ki, bu sənədlərdə Azərbaycanda bu cür sui-istifadə faktları xatırladılır.

Buna misal olaraq, müxalifətyönlü Xalq Cəbhəsi Partiyasının üzvü, terrorizmin maliyyələşdirilməsi ittihamı ilə 13 il həbs cəzasına məhkum olunmuş Niyaməddin Əhmədovun işi yada salınır.

Əhmədov 2020-ci ildə saxlanılıb və ilkin olaraq koronavirusun yayılmasının qarşısının alınması üçün tətbiq edilən karantin qaydalarını pozmaqda ittiham olunub. Daha sonra onu terrorizmin maliyyələşdirilməsində ittiham ediblər. Hüquq- müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıblar və ittihamları “absurd” adlandırırlar.

Bənzər yazılar

Back to top button