İqtisadiyyat

İstehlak kreditləri artır – Əhali yenidən borclanır

İqtisadçı Azər Mehtiyev Azərbaycanda istehlak kreditləşməsinin sürətlə artdığını bildirir.

Ekspert yazır ki, kredit qoyuluşlarının yarısı ev təsərrüfatlarına verilən kreditlərdir: “Mərkəzi Bankın hesabatına əsasən, 2021-ci ilin 10 ayında ölkə iqtisadiyyatına kredit qoyuluşu 1,9 milyard manat (13%) artıb. Bu artımın 75%-i (1,4 milyard manatı) ev təsərrüfatlarına verilən kreditlər olub. 10 ayda sənaye və istehsal sektoruna kredit qoyuluşunun məbləği 300 milyon manatdan çox azalıb (25%).

Yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatına yönəldilən 16,4 milyard manatlıq kreditin 49,5%-i ev təsərrüfatlarının payına düşüb. Özəl sektora verilən 14,6 milyard manatlıq kreditin 55,5%-i ev təsərrüfatlarına yönəlib”.

Azər Mehtiyev ev təsərrüfatlarına verilən istehlak kreditlərinin biznes krediti kimi rəsmiləşdirilməsi hallarının olduğunu da vurğulayır.

Bənzər yazılar

Back to top button