Hadisə

Naxçıvanda tanınmış professor koronavirusun qurbanı oldu

Filologiya üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi Hüseyn Həşimli koronavirusdan vəfat edib.

AzToday.az Bakupost-a istinadən xəbər verir ki, H.Həşimli dünən gəcə həyata gözlərini yumub. Dəqiqləşdirə bilmədiyimiz digər məlumata görə, professorun bir yaxını (qardaşı olduğu iddia edilir) da virusun qurbanı olub.

Xatırladaq ki, H.Həşimli həm də AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini idi.

“BakuPost”a daxil olan digər məlumata görə, hazırda Naxçıvanda vəziyyət ağırdır. Xüsusilə də Naxçıvan şəhəri, Culfa rayonu və rayona yaxın kəndlərdə koronavirusa yoluxma halı sürətlə yayılır.

Bənzər yazılar

Back to top button