İdman

Zidan tarixi göstəricinin bir addımlığında

Zinəddin Zidan “Real”ın baş məşqçisi kimi 200-cü matçına çıxacaq.

Fanat.Az xəbər verir ki, sabah La Liqanın 28-ci tur çərçivəsində “Eybar”la oynanılacaq matç Zizu üçün 200-cü olacaq.

“Kral klubu”nun baş məşçisi kimi daha öncə bu uğura sadəcə iki nəfər nail olub: Migel Munyos (605 oyun) və Visente del Boske (236 oyun).

“Real” fransız mütəxəssisin rəhbərliyi altında 131 qələbə qazanıb, 42 görüşdə bərabərliyə razı olub, 26 oyunda isə meydanı başıaşağı tərk edib.

Bənzər yazılar

Back to top button