Siyasət

Əliyev və Overçuk kommunikasiyaların açılması üzrə komissiyanın işini müzakirə ediblər

Cümə günü dövlət başçısı İlham Əliyev Rusiya Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. Görüş zamanı regionda kommunikasiyaların açılması üzrə Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli komissiyasının işi və digər məsələlər müzakirə olunub. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

Xatırladaq ki, Overçuk Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin inkişafı üzrə konfransda iştirak etmək üçün Bakıya gəlib.

Bənzər yazılar

Back to top button